AZ

“Nyukasl” hər halda “Liverpul”, yaxud “Arsenal” deyil” – Oyuna proqnoz

“Pley-off mərhələsi 2 oyundan ibarətdir. Təbii ki, "QArabağ"la oyunda favorit “Nyukasl”dır. Amma Bakıdadakı qarşılaşmada yaxşı nəticə əldə edə bilərik. Yəni ən azı məğlub olmama, yaxud minimal top fərqi ilə qələbə qazanmaq mümkündür”.

Bu sözləri “Yeni Sabah”a futbol şərhçisi Ceyhun Rzayev deyib.

O bildirib ki, rəqib Avrokuboklarda elə də dərin təcrübəyə malik deyil:

“Doğrudur, “Nyukasl” böyük büdcəli komandadır və dünyanın ən yaxşı liqasını təmsil edir. Amma bu klub  “Liverpul”, “Çelsi”, yaxud “Arsenal” deyil. Onun Avropada elə də güclü nəticəsi yoxdur. Fikrimcə, düzgün oyun və yaxşı analiz nəticəsində, ingilislərin taktiki boşluqlarını tapmaq olar. Xüsusən də, “Nyukasl”ın müdafiəsində. Mənə elə gəlir ki, həmin boşluqlardan istifadə edə bilərik”.

Şərhçi vurğulayıb ki, Ağdam klubu ikili mübarizələrə xüsusi diqqət yetirməlidir:

“Rəqibin ingilis klubu olmasını nəzərə alsaq, oyunun sonlarına doğru “Qarabağ”ın gücü tükənə bilər. Qurban Qurbanov elə məşqçidir ki, hər oyuna fərqli taktika ilə çıxmır. Onun komandasının öz oyun üslubu, fəlsəfəsi var. İstənilən rəqibə qarşı eyni taktiki düzülüş, eyni oyun tərzi ilə çıxırlar. Yəni Ağdam təmsilçisi yenə də öz futbolunu oynayacaq. Sadəcə burada önəmli faktor ikili mübarizələrdə uduzmamaqdır. İkili mübarizələrdə uduzan tərəf istər-istəməz 1 nəfər azlıqda qalır. Əgər “Qarabağ” bu cəhətdən uduzmasa və cinahları bağlaya bilsək, yaxşı nəticə əldə etmək olar”.

Xatırlata: UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz “Qarabağ” bu axşam doğma divarlar arasında İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
73
yenisabah.az

1Mənbələr