AZ

Azərbaycan AİB ilə elektron ticarətin vergiyə cəlb edilməsinə dair layihəni müzakirə edib

Bakı. Trend:

Azərbaycan Asiya İnkişaf Bankı ilə (AİB) ölkədə elektronticarətin vergiyə cəlb edilməsi ilə bağlı yeni texniki layihəninbaşlanılması imkanları müzakirə edib.

Trend xəbərverir ki, bu məsələ İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin rəis müavini Samirə Musayevanın Asiya İnkişaf Bankının(AİB) Dövlət Sektorunun İdarə Edilməsi Ofisinin Direktoru NavenduKaranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanımüzakirə edilib.

Görüşdə Dövlət Vergi Xidməti ilə Asiya İnkişaf Bankı arasındamövcud əməkdaşlıq çərçivəsi, həyata keçirilən və planlaşdırılantexniki yardım təşəbbüsləri müzakirə olunub. Tərəflər vergiinzibatçılığının təkmilləşdirilməsi, daxili resursların səfərbərolunması və fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətindəaparılan islahat tədbirləri barədə fikir mübadiləsi aparıblar. Eynizamanda, elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı yenitexniki layihənin başlanılması imkanları müzakirə edilib. Buistiqamətdə beynəlxalq təcrübənin tətbiqi, rəqəmsal nəzarətmexanizmlərinin gücləndirilməsi və inzibatçılıq alətlərinintəkmilləşdirilməsi məsələlərinə toxunulub.

Görüş zamanı vergi orqanında yeni texniki layihələr üzrə mümkünəməkdaşlıq istiqamətləri də nəzərdən keçirilib. Tərəflərəməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin qarşılıqlımaraqlara xidmət etdiyini vurğulayıblar.

Seçilən
114
8
az.trend.az

9Mənbələr