AZ

“Ana dili” mükafatının təsis olunması təklif olundu

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Dil olimpiadasının keçirilməsi çox əhəmiyyətlidir. Bu olimpiadanın “Ana dili” adlandırılması daha məqsədəuyğundur”.

Moderator.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının professoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda çıxışı zamanı deyib.

O həmçinin təklif edib ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) media nümayəndələri üçün də “Ana dili” mükafatı təsis edə bilər.

AMEA prezidenti İsa Həbibbəyli Qulu Məhərrəmlinin təklifi ilə razılaşıb və qeyd edib ki, bu mükafat elə Ana dili günü - 21 fevralda media nümayəndələrinə təqdim ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
3
moderator.az

4Mənbələr