AZ

Mertz azyaşlıların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəklədi

Bakı. Trend:

Almaniyanın kansleri Fridrix Mertz yetkinlik yaşına çatmayanlarüçün sosial şəbəkələrdən istifadənin qadağan olunmasınıdəstəklədiyini bildirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Şlezviq-Holşteyn torpağının regional hakimiyyəti fevralın 20-dəkeçiriləcək Xristian Demokratlar İttifaqı partiyasının qurultayıüçün bu barədə müvafiq təklif hazırlayıb.

Təklifdə “Facebook”, “Instagram”, “TikTok” və digərplatformalardan istifadə üçün minimum yaş həddinin 16 olaraqmüəyyənləşdirilməsi və bunun məcburi yaş təsdiqi (verifikasiya) iləmüşayiət olunması tövsiyə edilir.

Almaniya Federativ Respublikasının kansleri “Machtwechsel”podkastında bildirib ki, o, sözügedən təklifə, eləcə də AlmaniyaSosial-Demokrat Partiyasının təşəbbüsünə böyük rəğbətləyanaşır.

“Məsələn, bu gün 14 yaşlı uşaqlar gündə beş və daha çoxsaatlarını ekran qarşısında keçirirlərsə, onların sosiallaşmasıyalnız bu vasitə üzərindən baş verirsə, gənclər arasındaşəxsiyyətin inkişafında çatışmazlıqlara və sosial davranışproblemlərinə təəccüblənməməliyik”, – deyə Mertz bildirib.

Məqalədə:
Seçilən
59
1
az.trend.az

2Mənbələr