AZ

Qəmbərov Nərimana dəstək olacaq: Ona dedim ki, "Kalumbus"a azərbaycanlı futbolçu gəlir

"Hazırda bizim akademiyamızda çalışan Vodim Krilov "Kalumbus Kryu"nun qapıçısı olub. O, komanda ilə MLS çempionu olub. Vodimlə bu barədə danışmışam. Ona dedim ki, "Kalumbus"a azərbaycanlı futbolçu gəlir, ona nə köməklik lazım olsa, edərik".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda ABŞ-da yaşayan Elşən Qəmbərov hücumçu Nəriman Axundzadənin "Qarabağ"dan "Kalumbus Kryu"ya transferini dəyərləndirərkən deyib. "BridgeView" (Nyu-York) futbol akademiyasının prezidenti və baş məşqçisi olan mütəxəssis 21 yaşlı futbolçuya dəstək olmağa hazır olduğunu bildirib. Qəmbərov qeyd edib ki, Nərimanın MLS təmsilçisində uğurlu olması ilk növbədə onun özündən asılıdır:

"Nərimana uğurlar arzu edirəm. İnşallah onun üçün düşərli olar. Amma özündən çox şey asılıdır. İlk növbədə ingilis dilini yaxşı bilməlidir. Ola bilər ki, bilir, amma nəzərə almalıdır ki, ABŞ-da dil məsələsi çox önəmlidir. Bu ona özünü doğrultmaq və uyğunlaşmaq baxımından kömək edəcək. Nəriman fiziki cəhətdən yaxşı vəziyyətdə görünür. Mənə elə gəlir ki, onun üçün hər şey yaxşı olacaq".

Bir vaxtlar Özbəkistanda legioner həyatı yaşamış Elşən Qəmbərov ABŞ-a transferi ilə özü kimi ilkə imza atan Nərimanın uğurlu olmasını ürəkdən istədiyini deyib:

Seçilən
48
16
publika.az

10Mənbələr