AZ

Yeniyetmə cüdoçular arasında Liqa yarışının I turu keçiriləcək

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Fevralın 21-22-də U-14 yeniyetmə cüdoçular arasında Liqa yarışının I turu keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirdə 93 klub və idman cəmiyyətindən olan 653 cüdoçu (550 oğlan, 103 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında rol oynayacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
4
cebheinfo.az

5Mənbələr