AZ

Tehranı sarsıdan iddia: İsrail işə qarışdı, plan masaya çıxarıldı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İsrailin “Maariv” nəşri təhlükəsizlik strukturlarında aparılan son qiymətləndirmələrə əsasən ABŞ və İran arasında baş tutan Cenevrə danışıqlarının gözlənildiyi kimi irəliləmədiyini və hərbi ssenarinin artıq nəzəri ehtimal çərçivəsindən çıxdığını göstərir.

Məlumatda rəsmi Təl-Əvivin mümkün eskalasiya variantlarını aktiv şəkildə nəzərdən keçirdiyi və Tehrana açıq mesajlar göndərdiyi vurğulanır. Regionda artan gərginlik fonunda bu açıqlamalar İrana hücum ehtimallarını daha da gücləndirib.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, İsrail açıq şəkildə müharibə istəyir:

“Təl-Əviv hazırda bu istiqamətdə addımlar atır. Yəni danışıqların nəticəyə çatmasını istəmir, hərbi variantda israrlıdır. ABŞ isə heç də belə düşünmür.

Ümumiyyətlə, ABŞ ilə İsrail arasında İran məsələsində fikir ayrılığı var. Əsas fərq ondan ibarətdir ki, Vaşinqton Tehranın maliyyə-iqtisadi resurslarını nəzarətə götürməyə çalışır. İrandakı rejimin taleyinə gəldikdə, Ağ Ev bunu o qədər də prioritet hesab etmir. Yəni məqsədinə çatacağı təqdirdə rejim qala da bilər, qalmaya da.

Zaur Məmmədov

İsrail isə Tehrandakı rejimin devrilməsini istəyir. Hətta bununla da kifayətlənməyərək, açıq şəkildə İranda Suriya və İraqda baş verən hadisələrə bənzər proseslərin yaşanmasını arzulayır.

Cenevrə danışıqlarında da vəziyyət fərqli deyil. İsrail danışıqlarda iştirak etməsə də, kənardan prosesə təsir göstərməyə çalışır. Lakin bu, danışıqların nəticəsiz olacağı anlamına gəlmir. Hər halda prosesin sonrakı mərhələsi bizə nələrin baş verəcəyini göstərəcək”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr