AZ

Ronaldu DÇ də ehtiyatda oturmağa da razıdır

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Əl-Nəsr"in və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu qarşıdan gələn dünya çempionatına ehtiyat oyunçu kimi yollanmağa hazırdır. 

Fanat.Az xəbər verir ki, məlumatı "The Touchline" yayıb.

Mənbənin məlumatına görə, superulduz milli komandanın start heyətində yer tələb etməyəcək. Baş məşqçi Roberto Martines onu ehtiyat oyunçular skamyasında saxlamağa qərar verərsə, heç bir problem yaşanmayacaq. Hücumçu şəxsi ambisiyalarından çox komandanın uğuruna üstünlük verəcək. 

Ronaldu Portuqaliya millisində 226 oyun keçirib, 143 qol vurub və 46 məhsuldar ötürmə edib. DÇ-2026 yayda ABŞ, Kanada və Meksikada keçiriləcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
fanat.az

2Mənbələr