AZ

Rumıniyada qar fırtınası: uçuşlar ləğv edilib, 18 mindən çox ev işıqsız qalıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 fevral, AZƏRTAC

Rumıniyanın cənub və cənub-şərqində çərşənbə gecəsi baş verən güclü qar fırtınası Buxarestdə qırmızı həyəcan siqnalı ilə müşayiət olunub, yol, hava və dəniz nəqliyyatının fəaliyyəti ciddi şəkildə pozulub.

AZƏRTAC Rumıniyanın “Agerpres” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb. Bildirilib ki, xəsarət alan olmasa da, fırtına 21 rayonda 67 yaşayış məntəqəsinə ziyan vurub. Buxarestdə qar örtüyünün 50 santimetri keçəcəyi gözlənilir.

Henri Koanda Hava Limanında səkkiz uçuş ləğv edilib, beşi isə digər hava limanlarına yönləndirilib. Buxarest yaxınlığında yol hərəkəti məhdudlaşdırılıb, Konstansa və Tulça qraflığında dənizçilik fəaliyyəti dayandırılıb.

Elektrik kəsintiləri 21 yaşayış məntəqəsinə təsir edib, təxminən 18 min 400 ev işıqsız qalıb. Hakimiyyət sakinləri zəruri olmayan səyahətlərdən çəkinməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
2
azertag.az

3Mənbələr