AZ

Hamilə qadınlar necə qidalanmalıdır? Həkimdən MƏSLƏHƏT

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Nəzərə almalıyıq ki, hamiləlik xəstəlik deyil, biz ona belə yanaşmamalıyıq. Bu, adi fizioloji bir haldır və qadın həyat boyu bu prosesi iki-üç dəfə və ya daha çox keçirir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda vurğuladı.

Onun sözlərinə görə, əsas qidalar vitamin tərkibli olmalıdır:

"Yəni meyvə, tərəvəz və zülal mütləq lazımdır. Həm heyvan zülalı, həm də bitki zülalı vacibdir. Məsələn, bitki zülalı kimi lobya və mərci; heyvan zülalı kimi isə ət, toyuq və yumurta. Biz həmişə tövsiyə edirik ki, qidalanmada şirniyyata yox, zülal və vitaminə, yəni meyvə və tərəvəzə üstünlük verilsin".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
redaktor.az

2Mənbələr