Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın beşinci nəsil Su-57 qırıcı təyyarələrinin Çinlə sərhəd yaxınlığında, Uzaq Şərqdəki aerodromlarda yerləşdirilməsi planlaşdırılan işlərin bir hissəsidir.
Axar.az xəbər verir ki, bunu Rusiya Hava Kosmik Qüvvələrinin aviasiya general-mayoru Sergey Lipovoy deyib.
“Birincisi, köhnəlmiş qırıcıları yeniləri ilə əvəz edirik. Su-57-lərin ilin əvvəlində, yəni indi yerləşdirilməsinə səbəb yaz-yay təlim dövrünə hazırlıqdır. Bunlar planlı uçuşlardır. Rusiya Aerokosmik Qüvvələri planlı döyüş təlimləri keçirir və təyyarələrin yenidən yerləşdirilməsində qeyri-adi bir şey yoxdur”, - general bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.