Bakı. Trend:
“İraqın İslam Müqaviməti” şiə silahlı təşkilatı ABŞ-ınSuriyadakı “Ət-Tanf” bazasına hücum etdiyini açıqlayıb.
Trend xəbər verirki, bu barədə TASS agentliyi hərəkatın sosial şəbəkələrinəistinadən məlumat yayıb.
Məlumata görə, Suriyadakı Amerika hədəflərinə hücum İsrailinQəzza zolağında Fələstin əhalisinə qarşı hərəkətlərinə cavab, eləcədə Amerikanın İraq və Yaxın Şərqin ətraf bölgələrində işğalınaqarşı ümumi səylərin bir hissəsidir.
Hücum zamanı hansı zərbənin vurulduğu məlum deyil.
“Əl-Tanf” bazası Suriyanın cənub-şərqindəki eyniadlı qaçqındüşərgəsində yerləşir.