AZ

Oleq Əmirbəyov teatr heyətinə təqdim olundu

Olay.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Əməkdar artist Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

Fevralın 17-də yeni rəhbər teatr kollektivinə təqdim edilib. Bu barədə OLAY Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Akademik Rus Dram Teatrının zəngin tarixə və özünəməxsus bədii ənənələrə malik olduğunu qeyd edib. Nazir vurğulayıb ki, kollektivin həm azərbaycanlı, həm də xarici müəlliflərin əsərləri əsasında hazırladığı tamaşalar ölkə daxilində və xaricdə maraqla qarşılanır.

Nazir mədəniyyətin bütün sahələrində olduğu kimi, teatr fəaliyyətində də yeni yanaşmaların tətbiqinin vacibliyini bildirib. Onun sözlərinə görə, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan mədəniyyəti – 2040” strategiyası bu sahənin inkişafı istiqamətində yeni vəzifələr müəyyənləşdirir. A.Kərimli yeni direktor və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Oleq Amirbekov ona göstərilən yüksək etimada görə nazirə təşəkkür edib.

Akademik Rus Dram Teatrının sabiq direktoru, əməkdar mədəniyyət işçisi, hazırda Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunmuş Adalət Quliyev (Hacıyev) Oleq Amirbekovu təbrik edərək, onun bu vəzifədə uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
olay.az

1Mənbələr