AZ

Hamiləlikdə doğru bilinən yanlışlar

“Hamiləlik dövründə arterial təzyiq mövzusunda qadınlar arasında müxtəlif səhv fikirlər yayılıb”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova bildirib.

Həkim qeyd edib ki, təzyiq göstəriciləri hər bir insan üçün fərqlidir və hər artım avtomatik təhlükə yaratmır:

“Məsələn, hamiləlikdən əvvəl təzyiqi 90/60 olan qadınlar tez-tez düşünür ki, hamiləlik zamanı bu göstəricilər mütləq yüksəlməlidir. Qan həcmi artdıqca və uşaq böyüdükcə 120–130, bəzən 140 mm civə sütunu normal hesab olunur və bu hər zaman problem demək deyil. 

Aşağı təzyiq çox zaman maye çatışmazlığından qaynaqlanır. Qadın kifayət qədər su içmirsə, başgicəllənmə və halsızlıq müşahidə oluna bilər”.O bildirib ki, xüsusilə 12–13-cü həftədən sonra su qəbulunu artırmaq önəmlidir:

“Normal qidalanan qadın gündə ən azı 2–2,5 litr su qəbul etməlidir. Buraya qazlı içkilər, rəngli şirələr və hazır içkilər daxil deyil. Sadə suya diqqət ayrılmalıdır”.

Seçilən
49
cebheinfo.az

1Mənbələr