AZ

RİA Novosti: Cenevrə danışıqları nəticəsiz qurtarıb

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın "RİA Novosti" məlumat agentliyi öz mənbələrinə istinadən xəbər yayıb ki, ikigünlük danışıqlar rəsmi surətdə başa çatıb. Üç ölkənin: Rusiya, ABŞ və Ukraynanın nümayəndələri ərazi, energetika, humanitar və təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparıblar. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Moskva və Kiyevin Vaşinqtonun vasitəçiliyi ilə danışıqlarının növbəti mərhələsi dünən və bu gün İsveçrənin Cenevrə şəhərində keçirilib. Görüşə Rusiyadan Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində, ABŞ-dən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, habelə Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərliyində heyətlər qoşulublar.

Medinski: "Növbəti üçtərəfli görüş keçiriləcək"

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də canım qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib. Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
azvision.az

2Mənbələr