Xəbər verdiyimiz kimi, Mingəçevirdə yuxarı sinif şagirdi oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından NOCOMMENT.az-a verilən məlumata görə, 18.02.2026-cı il tarixində saat 11:00 radələrində 1 nəfər (kişi) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2008-ci il təvəllüdlü yeniyetməyə sağ topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti kafi qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Gülər