AZ

Tural Abbaslı: “Əməkdaşın işdən çıxarılması sistemdəki qüsurları aradan qaldırmır”

“Ayrı-ayrı idarələrdə bir-iki əməkdaşın işdən çıxarılması ümumi sistemdəki qüsurları aradan qaldırmır. Bu, kompleks yanaşılmalı məsələdir. “Azəriqaz”ın qaz təminatı, qazın təzyiqi, keyfiyyəti, rayonlarda, kəndlərdə hələ də qaz təminatının olmaması, qaz sayğacları ilə bağlı yaranan problemlər və s. məsələlər şəxslərin, ayrı-ayrı qaz idarələrindəki insanların cəzalandırılması ilə düzələn məsələ deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O bildirib ki, ümumi formada yanaşılmalı, proqram qəbul edilməlidir: “Kompleks islahatlar sistemi həyata keçirilməlidir ki, sistem sağlamlaşdırılsın. Bu, xəstə ağacın budaqlarının budamaqla ağac sağalmaz. Ağacı kökündən sağaltmaq lazımdır ki, budaqlar və meyvələr sağlam olsun. “Azəriqaz”a da belə yanaşmaq lazımdır. Ayrı-ayrı idarələri yox, ümumi islahatlar və qaz abonentləri hədəfli proqram ətrafında işlər görülməlidir”.

 

Qeyd: "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi Namik Məmmədov və həmin qurumun baş mühəndisi Elşən Rəhimov işdən çıxarılıb.

 

Şəhanə Quliyeva

Tarix: 18 Fevral 2026, 16:31   
Seçilən
79
pravda.az

1Mənbələr