Turan Tovuzlu babasının vəsiyyətini yerinə yetirməsi ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, saz ifaçısı mərhum babasını son mənzilə öz ifası ilə yola salıb. Bildirilir ki, babası sağlığında onun saz çalmasını çox sevib və vida mərasimində də nəvəsinin ifasını eşitmək istədiyini vəsiyyət edib. Turan Tovuzlu da bu istəyi yerinə yetirərək kədərli anlarda saz çalıb.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş yayılıb və müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi sənətçinin babasına olan hörmətini və vəsiyyətə sadiqliyini yüksək qiymətləndirib, digərləri isə belə həssas məqamı fərqli şəkildə dəyərləndirib.
Hadisə sosial mediada emosional reaksiyalar doğuraraq uzun müddət diqqət mərkəzində qalıb.(milli.az)