AZ

Türkiyədə “siyasi cəsusluq” işi üzrə məhkəmənin keçiriləcəyi tarix açıqlanıb

İstanbul, 18 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyədə “siyasi cəsusluq” ittihamı ilə aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun da olduğu bir neçə şəxs barəsində hazırlanan akt İstanbul 25-ci Ağır Cinayət Məhkəməsində qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məhkəmənin bu il mayın 11-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, məhkəmə prosesinə cəlb edilənlər arasında İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə Cumhuriyyət Xalq Partiyasından olan bəzi namizədlərin seçki kampaniyalarının idarəçisi Necati Özkan, Türkiyədə aparılan seçki kampaniyalarına təsir göstərməkdə ittiham edilən Hüseyin Gün də var.

Seçilən
84
1
azertag.az

2Mənbələr