Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam olur.
Gununsesi.info xəbər verir ki, bir sıra ictimai-siyasi şəxslər ad günü münasibəti ilə Xalq şairini ziyarət edir, ona ürək sözləri və hədiyyələrini çatdırırlar.
Bu münasibətlə, Adəm İsmayıl Bakuvi də Xalq şairi, sevimli yazıçı Nəriman Həsənzadə ilə görüşərək böyük söz ustadını 95 illik yubileyi münasibətilə təbrik edib.
Saytımıza açıqlama zamanı bildirilib ki, o, həmçinin Xalq şairinə Qurani-Kərim hədiyyə edib.
Görüş zamanı Nəriman müəllimi “poeziyamızın canlı yaddaşı” adlandıran Adəm İsmayıl Bakuvi onun çoxillik yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynadığını vurğulayıb.
Partiya sədri böyük şairə möhkəm cansağlığı, uzun ömür diləyərək şairin 100 illik yubileyini qeyd etmək arzusunu dilə gətirib:
“Arzu edirik ki, sözünüzün nuru, qəlbinizin istiliyi hələ uzun illər ədəbiyyatımıza yol göstərsin. Sizə möhkəm cansağlığı, sakit və işıqlı günlər, sevənlərinizin əhatəsində uzun ömür diləyirik”.
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan da iştirak edib, böyük şairin yubileyini və qarşıdan gələn Ramazan bayramını təbrik edib.
Xalq şairi Nəriman Həsənzadə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, ünvanına deyilən səmimi sözləri yüksək qiymətləndirdiyini qeyd edib. Görüş xoş ovqat və mehriban söhbət şəraitində başa çatıb. Sonda Adəm İsmayıl Bakuvi özünün “Məhşər divanı: Yalanın 17 adı” kitabını və müqəddəs Qurani-Kərimi yubilyara hədiyyə edib.
Qeyd edək ki, bir müddət əvvəl səhhətində yaranmış narahatlığa baxmayaraq, şair hazırda ev şəraitində müalicəsini davam etdirir və yaradıcılıqla bağlı düşüncələrini bölüşür.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.