Bakı. Trend:
2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14milyard ABŞ dolları və ya 19.8% artaraq 85.1 milyard ABŞ dollarınaçatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 2025-ci ildə5.1% artıb və ilin sonuna 11.5 milyard ABŞ dolları olub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, 2025-ci ilin sonunda da ölkənin cəmi stratejivalyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətliliknormalarını üstələməkdə davam edib. Belə ki, 2025-ci ilin dekabrayının sonuna ölkənin strateji valyuta ehtiyatları 38 aylıq mal vəxidmət idxalına kifayət edib.(2025-ci ilin 9 ayı üzrə mal və xidmətidxalı nəzərə alınmaqla). Strateji ehtiyatlar manatla pul kütləsini(M2) 3.6 dəfə üstələyib (01.01.2026 tarixinə olan M2 pul aqreqatınəzərə alınmaqla).
Qeyd edilib ki, bu göstəricilər ölkənin xarici və daxiliiqtisadi şoklara qarşı dayanıqlılığını və eləcə də, borcrisklərinin tam şəkildə idarəolunan səviyyədə olduğunu nümayişetdirir.