AZ

Töhmət alan icra başçısı qol götürüb oynadı VİDEO

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Ötən gün töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin yeni görüntüləri yayılıb.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, video şəhid Elnur Şahbazovun qardaşı Eldar Şahbazovun toyunda çəkilib.

Məclis fevralın 17-də Suraxanı rayonunda yerləşən şadlıq evlərindən birində keçirilib.

A.Əliyev mərasimə qatılıb, çıxış edib, cütlüyə xeyir-dua verib, xoş diləklərini çatdırıb.

Sonra icra başçısı şən musiqi sədaları altında qol götürüb rəqs edib.

Xatırladaq ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində müşavirədə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.

E.Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib.

A.Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
8
www.bakupost.az

9Mənbələr