AZ

Günay Əfəndiyevadan Nəriman Həsənzadəyə təbrik

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə təbrik edib.

525.az xəbər verir ki, bununla bağlı G.Əfəndiyeva sosial şəbəkə hesabında paylaşım edib. O yazıb:

“Nəriman Həsənzadə – Azərbaycanımızın görkəmli oğlu, sevimli şairimizdir.

Nəriman Həsənzadə – ailəmizdə ədəbiyyatla yanaşı, insanlıqla, dostluqla, sədaqətlə çəkilən addır.

Nəriman Həsənzadə – Atamın və babalarımın dostu, hər zaman hörmətlə andığımız bir insandır.

Nəriman Həsənzadə –  həm yaradıcılığı, həm səmimiyyəti ilə sevilən ziyalıdır.

Daha 100 illiyə nə qalıb?

Nəriman müəllimə möhkəm canğlığı, yeni yaradıcılıq uğurları arzu edirəm.

Xeyir-duası ilə, varlığı ilə başımızın üstündən əskik olmasın!”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
525.az

1Mənbələr