Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Liverpul"un yay transfer pəncərəsində rekord məbləğlə heyətinə qatdığı Florian Virtsin İngiltərə karyerası həm azarkeşlər, həm də mütəxəssislər tərəfindən yaxından izlənilir.
Fanat.Az xəbər verir ki, gənc ulduzun atası və meneceri Hans Virts, oğlunun Premyer Liqadakı sürət və temp fərqinə uyğunlaşmağa başladığını və "Liverpul"u seçməkdən qətiyyən peşman olmadığını açıqlayıb.
Bu mövsüm "qırmızılar"ın forması ilə 25 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 22 yaşlı yarımmüdafiəçi xüsusilə "Nyukasl" və "Börnli"yə vurduğu qollarla fərqlənib. Arne Slotun oyun fəlsəfəsinə uyğunlaşdığını bildirən Virtsin performansı, onu əlindən qaçıran "Bayern Münhen" rəhbərliyi üçün hələ də "yaralı yer" olaraq qalır.
Alman nəhənginin futbolçunu heyətinə qatmaq üçün planlar qurduğu iddia edilsə də, Virtsin "Enfild"dəki xoşbəxtliyi bu keçid ehtimalını xeyli azaldır.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.