AZ

Mən Saltağa vurğunam

Haçadağın nəfəsi, Əlincə qalanın əzəməti – bu sadəcə yer deyil, ruhun doğulduğu torpaqdır...

Mənim ana Vətənimin gözəl guşəsi Saltaq kəndim. Haçadağın kölgəsində, Əlincə qalanın ətəyində yerləşən bu yurd mənim üçün təkcə kənd deyil, ömrümün başlanğıcıdır. Torpağının qoxusu, dağlarının sükutu, küləyinin səsi belə adamı özünə çəkir.

Mən Saltağa vurğunam. Çünki orada köküm var, ruhum var, uşaqlığım var. Saltaq kəndi mənim üçün bir ad deyil, bir taledir. Haçadağ sanki uşaqlığımın üstündə dayanmış bir ata kimi qürurludur, Əlincə qala isə tariximizin sükutla danışan dili... Bu yurdun daşında izim, havasında nəfəsim, suyunda xatirəm var. Mən nə qədər uzaqda olsam da qəlbim həmişə Saltağın yolundadır. Çünki insanın yurdu insanın içindəki ən müqəddəs ünvan olur.

Haçadağın nəfəsiyəm

Əlincənin səsiyəm,

Saltaq adlı yurdumun

Mən vurğun həvəsiyəm.

Saltaq bəzən bir kənd adı kimi görünür, amma mənim üçün bir ömürlük həsrətdir. Haçadağın kölgəsi Əlincə qalanın əzəməti mənə hər dəfə xatırladır ki, insanın ən böyük sevgisi doğulduğu torpaqdır.

Elşad Qəhrəmanov,
Culfa rayonunun Göydərə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin baş məsləhətçi - ev təsərrüfatlarının uçotu işinin aparıcısı

Seçilən
21
ikisahil.az

1Mənbələr