AZ

Cavanlar artıq burada qalmır Altı kəndin yol dərdi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsinə daxil olan altı kəndin yolları yararsız vəziyyətdədir.

Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlara etdikləri müraciətlərin cavabsız qaldığını bildirirlər.

Kənd sakinlərindən biri deyib:

"Yolsuzluğa görə təcili yardım, yanğınsöndürən maşınlar kəndə gəlib çıxa bilmir. Xəstələrimizi kənddəki "Niva" maşınları ilə xəstəxanaya özümüz aparırıq. Cavanlar artıq burada qalmır, çıxıb gedirlər".

"Aidiyyəti qurumlara saysız-hesabsız məktub göndərmişik. Hamımıza şablon cavab verirlər. Yolun bu halda olması heç kəsin vecinə deyil" - deyə, digər sakin qeyd edib.

Oxunub 30

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
avtosfer.az

2Mənbələr