AZ

Bakı-Qəbələ-Bakı marşrutu üzrə dəmir yolu ilə gündəlik səfər etmək mümkün olub

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayıb.

Bu barədə "Cebheinfo.az" ADY-yə istinadən xəbər verir.

Belə ki, bu marşrut üzrə saytımızdan və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:

Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;

Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək olar.

"Cebheinfo.az"

Seçilən
82
9
cebheinfo.az

10Mənbələr