AZ

Makron: Nəzarətsiz söz azadlığı manipulyasiya alətinə çevrilir – VİDEO

Fransa Prezidenti Emmanuel Makron söz azadlığı ilə bağlı açıqlamasında bildirib ki, nəzarət mexanizmi olmadan bu anlayış manipulyasiya vasitəsinə çevrilə bilər.

NOCOMMENT.az xəbər verir ki, Makron çıxışı zamanı söz azadlığının sərhədləri və ictimai məsuliyyət məsələsinə toxunub.

“Əgər heç kim başa düşmürsə ki, sizi bu ‘söz azadlığı’ çərçivəsində necə yönləndirirlər – xüsusilə də bir nifrət çıxışından digərinə aparırlarsa – o zaman söz azadlığı tam mənasız anlayışa çevrilir.

Mən sadəcə istəyirəm ki, müxtəlif fikirlər arasında şəffaf bir yol olsun və müəyyən ictimai nizam qorunsun.

Mən irqçi və nifrət doğuran çıxışların və buna bənzər halların qarşısını almaq istəyirəm”, – deyə Fransa prezidenti vurğulayıb.

Makronun sözlərinə görə, demokratik cəmiyyətlərdə söz azadlığı fundamental prinsip olsa da, bu azadlıq nifrət nitqinə və ayrı-seçkiliyə zəmin yaratmamalıdır.

Aliyə
NOCOMMENT.az

Seçilən
40
nocomment.az

1Mənbələr