Bakı. Trend:
Amerikalı milyarder Mark Zukerberq sosial şəbəkələrlə bağlıpresedent ola biləcək məhkəmə prosesində ifadə verməyəhazırlaşır.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Proses çərçivəsində “Meta Platforms”un sosial şəbəkələrinin(“Instagram”, “Facebook” və s) uşaqlarda asılılıq yaratmaq vəonlara zərər vurmaq məqsədi güdüb-güdmədiyi ilə bağlı suallaracavab verməsi gözlənilir.
O, erkən yaşlarda sosial mediadan istifadənin onda asılılıqyaratdığını, depressiyasını və intihar düşüncələriniağırlaşdırdığını iddia edən 20 yaşlı qadın şərti olaraq KGMadlandırılan iddiaçının maraqlarını təmsil edən vəkillər tərəfindənsorğu-suala tutulacaq.
Bu, gənclərin təhlükəsizliyi ilə bağlı əvvəlki ifadələrinəbaxmayaraq, Zukerberqin bu cür ittihamlarla bağlı andlılarməhkəməsi qarşısında açıqlama verəcəyi ilk belə hal olacaq.
“Meta Platforms” və “YouTube” platformasını da əhatə edənməhkəmə işi presedent xarakteri daşıyır; bu isə o deməkdir ki, onunnəticəsi sosial media şirkətlərinə qarşı qaldırılmış minlərlə oxşariddiaya təsir göstərə bilər.