ain.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
"Qazprom" iddia edir ki, "Avropadakı qaz anbarları boşdur".
Banco.az xəbər verir ki, “Qazprom” şirkəti tərəfindən yayımlanan yazılı açıqlamada Avropanın təbii qaz anbarlarındakı ehtiyatları sürətlə tükətdiyi bildirilib.
Açıqlamada Avropanın ən böyük iqtisadiyyatlarına malik Almaniya və Fransadakı qaz anbarlarının doluluq səviyyəsinin Avropa üzrə orta göstəricidən aşağı düşdüyü vurğulanıb. Qeyd olunub ki, Almaniyadakı anbarların doluluq səviyyəsi 23 faizə, Fransadakı anbarların doluluq səviyyəsi isə 23,6 faizə enib.
Məlumatda qış mövsümünə hazırlıq məqsədilə toplanmış bütün qaz ehtiyatlarının artıq istifadə edildiyi bildirilib və belə deyilib: “Avropadakı təbii qaz saxlama obyektlərində doluluq səviyyəsi üçdə bir həddindən də aşağı düşüb. Hazırda əvvəlki illərdən qalan ehtiyatlar hesabına qaz götürülür.”
Ukrayna müharibəsindən əvvəl Avropanın ən iri təbii qaz təchizatçısı mövqeyində olan “Qazprom” təxminən 50 il ərzində həyata keçirdiyi boru kəməri yatırımları sayəsində 2022-ci ilə qədər qitədəki bazar payını 40 faizə çatdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.