AZ

Varşavada DƏHŞƏTLİ QƏZA: İki qatar dəmir yolu keçidində avtomobillə TOQQUŞDU – VİDEO

Varşavada iki qatar dəmir yolu keçidində avtomobillə toqquşub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Polşanın paytaxtı Varşavanın qərb hissəsində ciddi dəmir yolu qəzası baş verib.

Məlumata görə, hərəkətdə olan iki qatar eyni vaxtda dəmir yolu keçidində dayanmış avtomobillə toqquşub.

Hadisəyə səbəb avtomobilin mühərrikinin məhz relslərin üzərində olduğu zaman qəfildən sıradan çıxması olub.

Sürücü nəqliyyat vasitəsini hərəkət etdirə bilmədiyi üçün avtomobil keçiddə qalıb və nəticədə qatarların zərbəsinə tuş gəlib.

Qəza səbəbindən ərazidə qatarların hərəkətində ciddi gecikmələr yaranıb.

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
57
1
interpress.az

2Mənbələr