AZ

Rusiya son mərhələyə çatmaqda olan danışıqları uzatmağa çalışır – Ukrayna Prezidenti Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski İsveçrənin Cenevrə şəhərində ABŞ və Rusiya nümayəndələri ilə danışıqların ikinci günündə olan Ukrayna nümayəndə heyəti ilə görüşündən danışıb. “Ukrayna nümayəndə heyəti üçün aydın bir vəzifə qoymuşam – danışıqların məhsuldar olmasını təmin etmək və dinc həllər üçün imkanlar yaratmaq üçün mümkün olan hər şeyi etmək.

Digər məsələlərlə yanaşı, bu gün humanitar aspekt, yəni hərbi əsirlərin mübadiləsi və mülki şəxslərin azad edilməsi üçün addımlar müzakirə olunmalıdır”, – deyə dövlət başçısı Telegram-da yazıb.

Onun sözlərinə görə, əvvəlki gün keçirilən danışıqlarda hərbi və siyasi məsələlərə diqqət yetirilib. Kiyev və Vaşinqtondan olan elçilər həmçinin Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya və İsveçrə nümayəndələri ilə də danışıblar. Prezident Avropanın sülh prosesində iştirakının vacibliyini vurğulayıb. Zelenski bildirib ki, Moskva danışıqlarda nəticə əldə etməyi gecikdirir. “Dünən həqiqətən çətin bir görüş idi və biz təsdiq edə bilərik ki, Rusiya artıq son mərhələyə çatmış ola biləcək danışıqları uzatmağa çalışır”, – deyə o, əlavə edib və Amerika tərəfinə Kreml danışıqları aparanlarla “söhbətlərdə səbrinə” görə təşəkkür edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
89
editor.az

1Mənbələr