AZ

İsraildə ən yüksək hazırlıq vəziyyəti elan edilib: İrana qarşı müharibə gözlənilir

İsraildə ən yüksək hazırlıq vəziyyəti elan edilib: İrana qarşı müharibə gözlənilir

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “N12” telekanalı məlumat yayıb.

İsraildə bütün fövqəladə hallar xidmətlərinə və güc strukturlarına İranla mümkün müharibəyə hazır olmaq barədə tapşırıq verilib. Ölkədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Telekanalın məlumatına görə, Qüds yaxın vaxtlarda ABŞ-ın İrana qarşı hərbi zərbə endirə biləcəyi ehtimalını nəzərdən keçirir. Belə bir ssenari baş verəcəyi təqdirdə, İsrailin də hərbi əməliyyatlara qoşulacağı iddia olunur. Hazırda bütün əlaqədar qurumlar istənilən gərginliyə qarşı tam hazır vəziyyətə gətirilib.

Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik əlavə şərh verilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
83
interpress.az

1Mənbələr