AZ

Narkotikaya görə saxlanıldı, serialı yarımçıq qaldı...

Türkiyədə daha bir aktyorla bağlı qalmaqal yaranıb. Türkiyə nediasının yazdığına görə, tanınmış aktyor İsmayıl Hacıoğlunun qadağan olunmuş maddələrlə bağlı basqında saxlanılmasından sonra, baş rolu canlandırdığı "Cənnət Uşaqları" serialının çəkilişləri dayandırılıb.

"Motto Yapım"ın prodüserliyi ilə İsmayıl Hacıoğlunun rol aldığı TRT 1 serialı "Cənnət Uşaqları"nın çəkilişləri Ayvalıkdakı evinə gecə yarısı basqında saxlanıldıqdan sonra dayandırılıb. Çəkiliş qrupunun artıq İstanbula qayıtdığı bildirilir. Əməliyyatda Murat Dalkılıç və Kaan Tangöze də daxil olmaqla 24 nəfər saxlanılıb.

Hacıoğlu və digər şübhəlilərin Küçükçekmece Narkotik İdarəsində araşdırılan ifadələrinin bu günə təxirə salındığı bildirilib. Hacıoğlunun bu gün Çağlayan məhkəməsində prokuror qarşısına çıxması gözlənilir.

Mətləb

Seçilən
20
sia.az

1Mənbələr