Bakı. Trend:
Azərbaycanda Ramazan ayı başlayıb.
Trend xəbər verir ki, QafqazMüsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayınınbaşlaması münasibətilə fətvasında deyilir ki, bu il Ramazan ayının1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edir.
Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqınınçoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz iləüst-üstə düşür. Tövsiyə edilib ki, çərşənbə axşamlarında açılanNovruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazanayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusitəqvim tərtib edib.
Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə, Ramazanbayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılıolaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Ayın üfüqivəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın QazılarŞurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddəməlumat verəcək.