AZ

Azərbaycan Premyer Liqası “TOP-50”yə düşə bildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı 50 milli çempionatının yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqası reytinqdə 1991,5 xalla 41-ci pillədə qərarlaşıb.

Dünyanın ən güclü milli çempionatı kimi İngiltərə Premyer Liqası seçilib. İkinci pillədə Braziliya A Seriyası yer alıb.

İtaliya A Seriyası isə ilk üçlüyü tamamlayıb. İspaniya La Liqası və Almaniya Bundesliqası isə müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar.

Qurum siyahını tərtib edərkən 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövrdə liqaların beynəlxalq arenadakı nəticələrini və ümumi göstəricilərini əsas götürüb.

Seçilən
69
sportinfo.az

1Mənbələr