Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan (1:6) sonra qonaq komandanın baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, ingilis mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:
– Növbəti matç “Everton” və “Mançester Siti” ilə matçlar arasında olacaq. “Qarabağ”la cavab görüşünə əsas heyətlə çıxacaqsınız?
– Qarşıda “Mançester Siti” ilə oyunumuz var. Birinci bunu düşünürük.
– Elvin Cəfərquliyevin qolunu necə şərh edərdiniz?
– Qapıçımız məyus oldu. Dominant komanda idik, amma müəyyən boşluqlar verdik. Lakin qapıçımız məyus oldu.
– Penalti ilə bağlı nə deyə bilərsiniz?
– Yenidən baxanda daha yaxşı təhlil edə bilərik. Anton Qordon istəyirdi ki, ikinci qolu vursun. Bütün oyunçular komandaya kömək etmək istəyirdi.