Bakı. Trend:
Ukrayna, ABŞ və Rusiya arasında Cenevrədə keçirilən danışıqlardaiki nümayəndə heyəti fəaliyyət göstərib – biri hərbi, digəri isəsiyasi istiqamət üzrə. Ərazi məsələsinə gəldikdə isə, üç tərəfin üçayrı mövqeyi mövcud idi.
Trend xəbər verir ki, bunuUkrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist PiersMorgana müsahibəsində deyib.
O bildirib ki, hərbi heyətin üzvləri müharibədən sonra atəşkəsənəzarət mexanizmlərini müzakirə ediblər. Prezidentin sözlərinəgörə, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub.
“Lakin siyasi sahədə vəziyyət daha mürəkkəbdir. Mövqelərimizüst-üstə düşmür. Ərazi məsələsində üç müxtəlif baxış mövcuddur. Bu,əlbəttə, asan deyil, amma biz mümkün qədər konstruktiv yanaşmağaçalışdıq”, – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, nümayəndə heyətlərinin növbəti görüşünün dəİsveçrədə keçirilməsi planlaşdırılır.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna ABŞ-ın əvvəlcə döyüşmeydanında atəşkəsə nail olunması, daha sonra isə məsələlərindiplomatik müstəvidə həll edilməsi ilə bağlı mövqeyinidəstəkləməkdə davam edir.