AZ

ABŞ Avropaya Patriot üçün niyə lisenziya vermir? Kuzan

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Avropaya “Patriot” sistemləri üçün raket istehsalına lisenziya vermir, çünki bu məsələdə özü üçün uyğun maraq və fayda görmür.

Axar.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Kuzan bildirib.

O qeyd edib ki, Avropa öz müdafiəsinə daha çox vəsait xərcləmək istəmir:

“Avropa həqiqətən də xərcləri və öz müdafiə imkanlarını artırır, lakin xərclərin və imkanların artırılma tempi zamanın çağırışlarına uyğun deyil. Bizim isə bir çağırışımız var – Rusiya Federasiyası”.

Onun sözlərinə görə, bütün analitik mərkəzləri qeyd edirlər ki, Avropa yaxın illərdə Rusiyaya qarşı dayanmağa hazır olmayacaq:

“Bu baxımdan məsələ amerikalı silah istehsalçılarının avropalılara ünvanladığı sualdır. Yəni onlar lisenziya vermirlər, çünki özləri üçün bu perspektivi və zəruri xərcləri görmürlər. Ona görə də burada amerikalıların marağı ondan ibarətdir ki, avropalılar onlardan daha çox silah alsınlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
axar.az

1Mənbələr