AZ

Orxan Lökbatanlı yayılan ölüm xəbərinə belə cavab verdi - “Allaha tapşırıram”

Tanınmış meyxanaçı Orxan Lökbatanlı barəsində yayılan ölüm xəbərlərinə aydınlıq gətirib.

O bu haqda sosial şəbəkə hesabında video paylaşıb.

Səs tellərindən əməliyyat olunan meyxanaçı xəbərlərdən təəssüfləndiyini bildirib:

“Hansısa vicdansız, ona azərbaycanlı demək olmaz. O elə azərbaycanlı düşmənidir. Götürüb xəbər yayıb ki, Orxan vəfat edib. Əvvəla, ölümü hər gün xatırlamaq lazımdır, amma Ramazan ayının ilk günü, niyyət axşamı bu qədər insanı narahat etmək... Belə bir adamı Allaha tapşırıram”.

 

Seçilən
14
1
herbiand.az

6Mənbələr