AZ

Metroda qatarların qrafik üzrə hərəkəti bərpa olunub - Yenilənib 

Bakı metropolitenində bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur...

Poliqon xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.

***

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Poliqon xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Belə ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.

Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Poliqon.info

Seçilən
65
2
poliqon.info

3Mənbələr