Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan I Liqasında XV tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç baş tutacaq.
Turun mərkəzi oyununda çempionluğa iddialı iki komanda - "Şəfa" ilə "Mingəçevir" üz-üzə gələcək. Məğlubiyyətsiz irəliləyən paytaxt klubu qışda xeyli güclənən bölgə təmsilçisini Binədə qəbul edəcək. Elgiz Kərəmlinin komandası görüşdən xal(lar)la ayrılaraq vahid liderliyini davam etdirmək əzmindədir. Ramiz Məmmədovlu "Mingəçevir" isə turu ilk "üçlük"də başa vurmaq üçün səfərdə uğurlu nəticəyə köklənib.
Günün digər qarşılaşmalarına gəlincə, "Zaqatala" "Difai"ni, "Şimal" isə "Şahdağ Qusar"ı qonaq edəcək.
Dünən keçirilən oyunlarda MOİK "Səbail"i 1:0 hesabı ilə yenib, "Baku Sportinq" isə "Cəbrayıl"ı 2:1 hesabı ilə üstələyib.
Azərbaycan I Liqası
XV tur
19 fevral
14:30. “Şəfa” – “Mingəçevir”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə. Qəsəbə stadionu.
15:00. “Zaqatala” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Aydın Bəxşiyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.