
“Ukrayna Donbası təcavüzkar dövlət olan Rusiyanın nəzarətinə təslim edə bilməz. Çünki orada minlərlə insan bu əraziləri müdafiə edərkən həlak olub”.
Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski journalist Piers Morqana verdiyi müsahibədə deyib.
"Sadəcə təslim olmaq? Mən belə bir fikri dəstəkləyə bilmərəm. Və əmin deyiləm ki, xalqımız hazır olacaq, minlərlə, on minlərlə ukraynalı Ukraynanın bu hissəsini müdafiə edərkən həlak olub", - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, Donbas məsələsi təkcə ərazi ilə bağlı deyil. Həm də insanlar və dövləti qorumaq strategiyası ilə bağlıdır.
"Donbas müstəqilliyimizin və dəyərlərimizin bir hissəsidir. Azadlıq bizim üçün boş söz deyil", - deyə siyasətçi əlavə edib.
Eyni zamanda, Zelenski bəyan edib ki, Ukraynanın beynəlxalq təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Lakin onlar mövcud olsa belə, heç kim Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə qarşı təcavüzü yenidən başlatmağa cəhd etməyəcəyinə zəmanət verə bilməyəcək.
Daşqın HəsənovMissiya.Az