Dünyanın sabiq bir nömrəli qadın tennisçisi Serena Uilyams korta qayıda bilər.
Bununla bağlı xəbəri jurnalist Ben Rotenberq yayıb.
Fevralın 9-da tennisdə şəffaflığın təmin olunması üzrə Beynəlxalq Agentliyin (ITIA) saytında yer alan məlumatda deyilir ki, fevralın 22-də 44 yaşlı amerikalının antidopinq proqramına təkrar salınması ilə bağlı 6 aylıq müddət başa çatacaq.
Uilyams martın 4-15-i aralığına təsadüf edəcək ənənəvi İndian-Uells turnirində korta dönə bilər. Serena dördqat olimpiya çempionu, WTA səviyyəli 73 turnirin qalibidi. Qadınlar arasında “Böyük dəbilqə” turnirlərində qələbə sayına (23) görə 2-ci pillədə qərarlaşan amerikalı 2022-ci ildə karyerasını bitirdiyini elan etmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta