AZ

Gürcüstan XİN rəhbəri: "Yeni yollar regionun inkişafına təkan verəcək"

Bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkənin "İmedi" telekanalınamüsahibəsindədilə gətirib. O, yaxın gələcəkdə icrası planlaşdırılan "Tramp yolu" (TRIPP) layihəsindən danışıb. Diqqətə çatdırıb ki, sözügedən layihə Tbilisi üçün hər hansı risk daşımır:

"Yeni reallığın meydana gəlməsi Gürcüstan öz geosiyasi və strateji əhəmiyyətini itirməsi demək deyil. Əlbəttə, burada rəqabətdən söhbət gedə bilməz. Unutmayaq ki, Gürcüstandan keçən marşrut Avropa istiqamətində əsas halqadır. Bu məqamı nəzərdən qaçıranların səriştəsi şübhə altına düşür".

Xatırladaq ki, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladıqları sənədlərə əsasən, Zəngəzur dəhlizində "Tramp yolu" layihəsi ərsəyə gətiriləcək. Bu layihə sayəsində regionda yeni kommunikasiya imkanlarının açılacağı, bütün iştirakçı tərəflərə iqtisadi fayda gətirəcəyi bildirilir.

Firudin Həmidli
AzVision.az
Seçilən
32
2
azvision.az

3Mənbələr