Xəbər verdiyimiz kimi, Zaur Kamal oğlu İbrahimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sədr müavini təyin edilib.
NOCOMMENT.az Zaur ibrahimovla bağlı məlumatları təqdim edir:
O, 1978-ci ildə Gəncə şəhərində anadan olub və uzun illər Azərbaycan dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində fəaliyyət göstərib. Burada sosial sahədə idarəetmə və strateji layihələrin icrası ilə məşğul olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə Zaur İbrahimov tutduğu vəzifədən azad olunub
2026-cı ilin fevral ayında isə o, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. Yeni təyinatla Zaur İbrahimov dövlət strukturlarındakı təcrübəsini yol infrastrukturu sahəsində davam etdirəcək.
Sara
NOCOMMENT.az