Daşkəsən rayonunun Kəmərqaya kəndində Qərbi azərbaycanlılarla görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının, Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) və Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə RİH-in məsul əməkdaşı Elmar Əliyev, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəsi Malik Ələsgərov, YAP Daşkəsən rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev və icma üzvləri iştirak ediblər.
Görüşdə Qərbi azərbaycanlıların qayıdış hüququnun təşviqi və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və doğma torpaqlara qayıdış məsələsinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti vurğulanıb.
Sonra Qərbi Azərbaycan xronikasını əks etdirən videomateriallar nümayiş olunub.
Görüş birlik və həmrəylik ovqatında yekunlaşıb.