AZ

® Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsi: Hər şey uşağların sağlamlığı üçün

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində azyaşlılara sutka ərazində fasiləsiz və yüksək keyfiyyətli tibbi xidmət göstərilir. Şöbədə yenidoğulan körpələrdən tutmuş bütün uşaqlara beynəlxalq protokollara uyğun olaraq diaqnostika və müalicə həyata keçirilir. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Pediatriya şöbəsində xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən yenidoğulanlara xüsusi nəzarət təmin olunur. İlkin skrininq müayinələri, risk qrupuna daxil olan körpələrin müşahidəsi və valideynlər üçün maarifləndirici məsləhətlər xidmət paketinin əsas hissəsini təşkil edir.

Pediatriya şöbəsinin rəisi, həkim-pediatr Telman Aytayev, həkim-pediatrlar Fərəh Vahabova, Təranə Göyüşova, Minazər Abdullayeva, Aygün Sadıxova, Nigar Mirzəyeva və Nazilə Hüseynova və uşaq nevroloqu Mehriban Məmmədova sutka ərzində fasiləsiz tibbi yardım göstərərək körpə və uşaqların sağlamlığının qorunmasını təmin edirlər. Qəfil yaranan sağlamlıq problemləri zamanı operativ və peşəkar müdaxilə onların sağlamlığının qorunmasında mühüm rol oynayır. Bununla yanaşı, sağlam uşaqların fiziki və psixoloji inkişafına nəzarət məqsədilə mütəmadi kontrol müayinələr həyata keçirilir. Boy, çəki və inkişaf göstəricilərinin izlənilməsi, eləcə də beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramlarının icrası uşaqların sağlam böyüməsinə xidmət edir.

Mərkəzi Gömrük Hospitalında pediatr müayinəsi ilə yanaşı, ehtiyac olduqda digər ixtisas həkimlərinin – otorinolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq və ginekoloqun konsultasiyası da təşkil olunması kompleks və multidissiplinar yanaşmanın təmin edilməsinə imkan yaradır.

Ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətlər müasir laborator və instrumental diaqnostika imkanları ilə dəstəklənir. Pediatriya şöbəsinin fəaliyyətində anaların maarifləndirilməsi xüsusi yer tutur. Həkimlər valideynlərə uşağın düzgün qidalanması, immunitetin möhkəmləndirilməsi, inkişaf mərhələləri və ev şəraitində qulluq qaydaları haqqında ətraflı məlumat verir. Həmin kompleks yanaşması nəticəsində uşağın daha tez sağalması və sağlam gələcəyinə etbarlı zəmin yaranır.

Hospitalın Pediatriya şöbəsi peşəkar tibbi xidmət, müasir texnologiya və qayğıkeçlik sayəsində azyaşlıların sağlamlığını etibarlı şəkildə qoruyur.

Təklif edilən xidmətlər:

• İlkin reanimasion tədbirlər;

• Intubasiya;

• Süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası;

• Surfaktantın yeridilməsi;

• Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası;

• Mübadilə qan köçürülməsi;

• Fototerapiya;

• Noninvaziv həyati əhəmiyyətli göstəricilərin monitorinqi;

• Neonatal skrininq testləri (fenilketonuriya G6PD və s.);

• Endokrin pozğunluğun təyini;

• Bütün növ ultrasəs müayinələr (baş beyin, ürək, qarın boşluğu orqanları və s.);

• Rentgenoqrafiya;

• Qan qazları, qanın, sidiyin ümumi və bütün növ biokimyəvi analizləri;

• Çox az çəkili, yarımçıq doğulmuş uşaqlara intensiv terapiya və sonrakı qulluq;

• Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun peyvənd təqvimi üzrə vaksinasiya;

• Doğumdan sonra kontrol müayinələr və vaksinasiya.

Müalicə edilən xəstəliklər:

• Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, herpes, toksoplazmoz, xlamidioz, vərəm, hepatit və s.);

• Sepsis;

• Yenidoğulmuşun hemorragik xəstəliyi;

• Yenidoğulmuşun hemolitik xəstəliyi;

• Yenidoğulmuşun anemiyası;

• Endokrin pozğunluğu olan analardan doğulan uşaqlar;

• Ağciyər xəstəlikləri;

• Ürək-damar sisteminin xəstəlikləri;

• Mədə-bağırsaq sisteminin xəstəlikləri;

• Böyrək və sidik-ifrazat sistemi xəstəlikləri;

• Mərkəzi sinir sistemi xəstəlikləri.

Seçilən
77
2
azertag.az

3Mənbələr