AZ

Kiyevdə hərbi administrasiya LƏĞV EDİLİB

Ajans.az xəbər verir ki, bu barədə hərbi bloqçu Boris Rozhin özünün Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, qərar yerli səviyyədə qəbul edilib. Paylaşımda bildirilir: “Yerli deputatlar Kiyev vilayətinin Çabani kəndində hərbi administrasiyanı ləğv ediblər”. Hadisənin səbəbləri ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib. B.Rojin iddia edib ki, son dövrlər kiçik yaşayış məntəqələri Ukrayna Silahlı Qüvvələri üçün əsas səfərbərlik mənbələrindən birinə çevrilib. Onun sözlərinə görə, bu səbəbdən bəzi ərazilərdə hərbi qeydiyyat və çağırış mərkəzlərinə qarşı narazılıqlar müşahidə olunur. Qeyd edək ki, yayılan məlumatlarla bağlı Ukraynanın rəsmi qurumlarının mövqeyi hələlik açıqlanmayıb.

 

Seçilən
28
Ajans.az

1Mənbələr