Şimali Koreyada istehsal olunan 50 ədəd 600 mm-lik yaylım atəşli reaktiv sistem (YARS) rəsmi mərasimlə orduya təhvil verilib.
“Poliqon” KCNA-ya istinadən xəbər verir ki, YARS-lar ölkənin hərbi sənaye müəssisələri tərəfindən iki ay ərzində istehsal edilib.
Qeyd olunub ki, yeni YARS-lar Şimali Koreya Ordusunun zərbə potensialını artırmaq məqsədi daşıyır.